Türkiyənin Dənizli şəhərində yeni fəaliyyətə başlayan “Yaşıl Kayın Yayınları” mətbəəsi Azərbaycanın istiqlal şairi Əhməd Cavad haqqında kitab nəşr edib.
Mətbəənin rəhbəri Səməd Öndərin Elchi.az-a verdiyi məlumata görə, kitab mətbəənin ilk nəşridir.
“Oyan” adlı kitabda mərhum şairin şeirləri Anadolu türkcəsinə çevrilərək dərc olunub.
Kitab Səməd Öndər və Məleykə Karateke tərəfindən hazırlanıb. Səməd Öndərin sözlərinə görə, kitab artıq bütün kitab mağazalarında satışda var. Eyni zamanda kitabı internet üzərindən də sifariş etmək mümkündür.
Xatırladaq ki, Türkiyədə iki dəfədir Əhməd Cavadla bağlı belə bir kitab dərc edilir.
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi...




















Son şərhlər