Amerika hakimiyyəti Ankara üzərində siyasi təsirlərini itirir, onlar müxalifətin Türkiyədəki son prezident seçkilərindəki məğlubiyyətindən məmnun ola bilərlər. Elchi.az xəbər verir ki, bu fikri RİA Novosti-yə müsahibəsində politoloq Engin Özər söyləyib.
Onun sözlərinə görə, Türkiyə müxalifətinin dəstəyini hazırda Ukrayna və Tayvan ətrafındakı vəziyyətə diqqət yetirən ABŞ deyil, Avropa Birliyi verib. “Ola bilsin ki, Vaşinqton administrasiyası Avropa İttifaqının Türkiyə kimi strateji tərəfdaşını itirməsinə sevinə bilər”, – deyə Özer bildirib.
Havar Şəfiyeva