Elchi.az BBC News-a istinadən xəbər verir ki,İtaliyanın şimalındakı Maggiore gölündə 20-dən çox sərnişini daşıyan qayığın güclü külək nəticəsində batması nəticəsində azı 3 nəfər ölüb. Məlumata görə, bir nəfər hələ də itkin düşüb.
İtaliyanın yanğınsöndürmə xidməti 19 nəfərin təhlükəsiz olduğunu, lakin itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib.
5 nəfər xilas edildikdən sonra xəstəxanaya aparılıb. İtaliya mətbuatında yayılan təsdiqlənməmiş məlumatlarda qayığın sərnişinlərinin Britaniya, İtaliya və İsrail vətəndaşları olduğu bildirilir.
Lombardiya bölgəsinin prezidenti Attilio Fontana deyib ki, “çox ciddi insident” pis hava şəraiti ilə bağlıdır.
O, Facebook-da bildirib ki, qayıq 16 m (52 fut) uzunluğunda olub və turistlər tərəfindən icarəyə götürülüb.
İtaliya xəbər agentliklərinin məlumatına görə, qayıqda ad gününü qeyd edən təxminən 25 nəfər olub .Dalğıc-xilasedicilər və bir helikopter gölün cənub ucunda axtarışlara kömək etmək üçün hərəkətə keçib, hadisə yerinə bir neçə təcili tibbi yardım maşını və hava təcili yardımı cəlb olunub.
Nuranə Məmmədova