Kosovo onlayn: NATO missiyası Kososoda bələdiyyə binalarını mühasirəyə alıb.
Elchi.az KİV-ə istinadən xəbər verir ki, NATO-nun Kosovo və Metoxiyadakı (KFOR) kontingentinin qüvvələri vilayətin şimalında bələdiyyə binalarını mühasirəyə alıb.
Kosovonun onlayn verdiyi məlumata görə, nümayişləri dağıtmaq üçün vasitələri olan çoxlu sayda KFOR əsgəri Zvecan, Leposaviç və Zubin Potok bələdiyyələrinin binaları yaxınlığında yerləşdirilib. Bildirilir ki, polisin geri çəkilməsini və Kosovo alban merlərinin geri çağırılmasını tələb edən kosovo serblərinin binalara yaxınlaşmasına mane olan Kosovo polis qüvvələri onların arxasındadır.
Şayəstə Hüseynova