Türkiyə Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparır.
Elchi.az Trthaber.com-a istinadən xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyindəki mənbə məlumat yayıb.
“Rusiya Federasiyası tərəfindən dayandırılmış taxıl sazişinin bərpası ilə bağlı Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı ilə danışıqlar Türkiyə Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilir”, -deyə nazirlikdəki mənbədən bildirilib.
Türkiyənin Müdafiə Nazirliyi qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfə verən və bütün böhranların xoşməramlı və dialoq əsasında həll oluna biləcəyini praktiki olaraq göstərən Qara dəniz təşəbbüsünün davam etdirilməsini dəstəklədiklərini bəyan edib.
Ankarada, qeyd olunduğu kimi, Ukraynada atəşkəs və ədalətli nizamlamanın bərqərar olması, eləcə də müharibənin yaratdığı humanitar böhranın nəticələrinin yumşaldılması üçün hər cür dəstəyi verməyə hazır olduqlarını bir daha bəyan edirlər. Türkiyə Müdafiə Nazirliyi də Qara dəniz hövzəsində mövcud balansın qorunub saxlanılmasının və onun rəqabət meydanına”çevrilməsinə imkan verilməməsinin tərəfdarı olduqlarını bildirib.
Yeganə