Türk Silahı Qüvvələri (TSK) Şimali İraqdakı PKK məntəqələrini vurub.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, TSK-ya aid qırıcılar Şimali İraqın Metina bölgəsində yerləşən PKK-nın düşərgələrini bombalayıb.
Hava əməliyyatı zamanı terror təşkilatına məxsus silah anbarları və sığınacaqlar məhv edilib.