Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçulara ağır zərbələr endirib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgəsində hücumu cəhd edən PKK/YPG qruplaşmasının 10 terrorçusu Türkiyə ordusunun xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilib”, – məlumatda bildirilib.