Fransanın Marsel şəhərində yerləşən Türkiyə Konsulluğuna hücum olub.
Axar.az xəbər verir ki, naməlum şəxslər konsulluğa molotov kokteyli ilə hücum edib.
Konsulluq əməkdaşlarının verdiyi məlumata görə, gecə radələrində 4 maskalı şəxs konsulluğun inzibati binasına 5 molotov kokteyli atıb.
Hücumu təşkil edənlərin kimliyinin hələlik təsbit edilmədiyini bildirən konsulluğun işçiləri Fransa polisinin hadisəni araşdırdığını bildirib.
Hadisəni Fransa Daxili İşlər Nazirliyi təsdiq edib.