Türkiyə Milli Kəşfiyyat İdarəsi 2015 və 2016-cı illərdə İsrailin “Dəmir Qübbə” zenit-raket kompleksini sındıran hakeri “Mossad”dan xilas edib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Bildirilir ki, sistemi sındıran şəxs 2020-ci ildə İstanbuldan Misiri keçən haker Ömər A.dır. İsrail xüsusi xidmət orqanları iş təklifi bəhanəsi ilə bir neçə dəfə hakerlə əlaqə saxlamağa çalışıb. Lakin Türkiyə kəşfiyyatı hakerə Türkiyədə qalması barədə xəbərdarlıq edib.
2022-ci ilin sentyabrında Ömər A. Malayziyaya tətilə gedib və orada Mossad tərəfindən tutulub. Nəticədə Türkiyə xüsusi xidmət orqanları malayziyalı həmkarları ilə əlaqə saxlayıb və hakerin saxlandığı evə basqın ediblər. O, hazırda Türkiyədə təhlükəsiz yerdədir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin nüvə silahına malik olmasını strateji problem hesab edib. O qeyd edib ki, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamayıb, lakin bu, onun nüvə imkanlarını inkişaf etdirməsinə mane olmayıb.
Havar Şəfiyeva