Türkiyə ABŞ-dan Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı müsbət xəbərə cavab olaraq İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq edəcək. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Agentliyin həmsöhbəti bunu Vaşinqtona “xeyirxah jest” adlandıraraq, Amerika Konqresinin təyyarə məsələsini müsbət həll etməsindən sonra Türkiyə parlamenti xarici işlər üzrə parlament komissiyasının qəbul etdiyi ratifikasiya protokolunu təsdiqləyəcək.
“Ankara böyük ehtimalla F-16-ların Türkiyəyə satışı ilə bağlı ABŞ Konqresindən müsbət xəbər gözləyəcək. Əks halda, protokol daha yaxşı vaxtlara qədər rəfdə qalacaq”, – deyə mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın İsveçin alyansa daxil olmasını tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Stokholmun daxil olması bütün alyansı daha da gücləndirəcək.
Havar Şəfiyeva