Şimali Koreyanın ilk kəşfiyyat peykinin buraxılması və yeni nüvə ballistik raketlərinin uğurla sınaqdan keçirilməsi KXDR-in müdafiəsi və beynəlxalq nüfuzu üçün böyük uğurdur. Elchi.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu, Şimali Koreya lideri Kim Çen Inın Koreya Fəhlə Partiyasının plenar iclası zamanı 2023-cü ilin əsas nəticələridir.
Şimali Koreya lideri çıxışı zamanı qeyd edib ki, Pxenyanın raket və kosmik proqram məqsədlərini uğurla həyata keçirməklə artıq müdafiə imkanlarında sürətli irəliləyiş əldə edib, həmçinin 2023-cü ili böyük dönüş və dəyişiklik ili adlandırıb.
Havar Şəfiyeva