Ərdoğanın müşaviri Erhan İsveç və Finlandiyanın payız və ya qış aylarında NATO-ya üzv olmasına icazə verib. Elchi.az Lent.ru-ya istinadən xəbər verir.
Finlandiya və İsveç kürd birləşmələrinə qarşı mübarizə vədlərini yerinə yetirsələr, Türkiyə parlamenti onların alyansa daxil olması ilə bağlı sazişləri payız və ya qışda ratifikasiya edə biləcək. Belə mümkün tarixləri Lente.ru-ya müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan deyib.
Erhan izah edib ki, hazırda türk millət vəkilləri may ayında keçiriləcək seçkilərə hazırlıqla məşğuldur və parlamentin yeni tərkibdə ilk iclası cəmi bir neçə aydan sonra keçiriləcək. Üstəlik, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinin parlamentin gündəliyinə salınacağı dəqiq deyil – bu, qarşıdan gələn seçkilər zamanı seçiləcək deputatlardan asılı olacaq.
Havar Şəfiyeva