“Səmərqənd görüşündən sonra İranda kı “hicab etirazı”, Rusiyada kı qismən səfərbərlik elan ediləndən sonra baş verən hadisələr, Çində ki dövlət çevrilişi şayələri vahid mərkəzdən idarə olunduğu düşüncəsindəyəm”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Əhəd Məmmədli FB hesabında qeyd edib:
“Unutmayaq ki, Səmərqənd görüşündə Türkiyə ilə Azərbaycan da iştirak edirdi. Onu da unutmayaq ki, Ermənistan Səmərqənddə iştirak etməkdən imtina etdi. Xülasə, dünyanın ən böyük və vacib regionu Avrasiya uğrunda Qərblə, Şərq arasında son və amansız mübarizə başlayıb. Türkiyə hardadırsa, Azərbaycanda oradadır. Türkiyə də Şərq cəbhəsinin ən açar ölkəsidir…”.
Yeganə