Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları davam edir.
Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib. Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq təqdim olunub.
Sonra türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan
Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...





















Son şərhlər