"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyədə HDP-çilərin kütləvi həbsləri başladı

14 Dekabr 2016 - 09:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

 Türkiyədə HDP-çilərin kütləvi həbsləri başladıAnkara “sivil separatizmə” qarşı cəbhə açır

 
Dekabrın 10-da İstanbulda baş verən qanlı terror aktından sonra hökumət separatçı kürd siyasətçilərə qarşı sərt addımlar atmağa başlayıb. Son məlumata görə, əksəriyyəti polis əməkdaşlarından ibarət olan 44 nəfərin ölümündən sonra hökumət PKK-ya yaxın şəxslərin həbslərinə qərar verib. Daxili işlər naziri Süleyman Soylu “şəhidlərin qisasını alacağıq” dedikdən az sonra Türkiyə polisi ölkənin müxtəlif bölgələrində əməliyyat-axtarış tədbirlərinə başlayıb. 
Son məlumata görə, Türkiyənin 11 vilayətində aparılan əməliyyatlar nəticəsində 235 nəfər HDP üzvü saxlanılıb. Onların arasında HDP parlament qrupunun rəhbəri, Diyarbəkrdən seçilmiş deputat Çağlar Dəmirəl və Siirtdən seçilmiş deputat Besime Konca da var. Deputatlar barəsində ayrılıqda Batman və Diyarbəkir prokurorluğu istintaq işi aparır. Xatırladaq ki, ötən ay başladılan əməliyyatlar nəticəsində HDP-nin həmsədrləri də daxil olmaqla, 10 deputat və onlarla partiya fəalı həbs olunub.
Türkiyə DİN-in yaydığı məlumatda həbs olunanlar arasında terror hadisəsi zamanı sosial mediada terrora dəstək mesajları yazan şəxslər də var. Nazirliyin məlumatında PKK/KCK adına fəaliyyət göstərən, sosial mediada terror təbliğatı aparan şəxslərin müəyyən olunaraq saxlanıldığı qeyd olunub. İstanbulda 20 nəfər, o cümlədən HDP şəhər təşkilatının sədri Aysel Güzel də həbs olunanlar arasındadır. 
Qeyd edək ki, saxlanıldıqdan bir gün sonra HDP Siirt deputatı Besime Konca Batman Məhkəməsi tərəfindən polis nəzarəti şərti ilə azad edilib. Ancaq Diyarbəkir Məhkəməsi  HDP-dən olan 8 deputat barəsində zorla məhkəməyə gətirilmə haqqında qərar verib. Alican Öncü, Nadir Yıldırım, Selma İrmak, Besime Konca, Osman Baydemir, Dirayet Dilan Taşdemir, Ahmet Yıldırım və Çağlar Dəmirəl məhkəmə qərarı əsasında ifadə vermək üçün məhkəməyə zorla gətiriləcəklər.
Image result for HDP-li tutuklandı
Türkiyə hökumətinin məhz HDP deputatları, təşkilat sədrlərinin həbslərinə başlaması Ankaranın son aylarda başlatdığı strategiyaya uyğundur. Türkiyə hökuməti ötən il PKK-ya qarşı silahlı əməliyyatları başlatdıqdan sonra məlum oldu ki, artıq uzun müddətdir ki, PKK şəhərlərdə ciddi təşkilatlanıb, HDP ilə yanaşı bir sıra ictimai təşkilatlar, institutlar yaradıb. Eyni zamanda bir çox universitetlərdə güclü şəkildə PKK tərəfdarları təşkilatlana bilib. Atəşkəs dövründə şəhərlərdə güclü PKK təşkilatlanması yaranıb və bu qruplar hökumətə qarşı silahlı PKK-çılardan daha ciddi müqavimət göstərirlər. Xüsusən də universitetlərdə tələbə və müəllim heyətləri içərisində PKK tərəfdarları solçu adı altında faktiki olaraq hökumətə qarşı cəbhə aça biliblər. Bu səbəbdən də AKP hökuməti PKK-nin “şəhər təşkilatlanması” – ictimai və təhsil qurumlarında təmizləmələrə start verdi.
Rəsmi Ankara şəhərdə kürd haqları adı altında separatizmi təbliğ edən şəxsləri sərt şəkildə cəzalandırmaq, eyni zamanda ən mühümü kürd separatizmini dəstəkləyənləri cəzalandırmaq, onları qorxutmaq məqsədi güdür. Çünki hökumət artıq geri yol görmür, PKK və tərəfdaş qruplara qarşı sərt addımlar atılmayacağı təqdirdə separatizmin daha da güclənəcəyindən ehtiyat edir. 
Previous Post

Türkiyədə HDP-çilərin kütləvi həbsləri başladı

Next Post

Qorbaçovun “Yeni SSRİ” təklifinə Kremldən cavab

Bənzər yazılar

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00

Hörmüz boğazının cənub dəhlizində İranın elan etdiyi qaydaları pozan neft tankeri yanıb. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə...

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin aparıcı analitik mərkəzlərindən biri olan "Macdonald-Laurier" İnstitutunun (MLI) Xarici Siyasət, Milli...

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08

12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və...

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

Next Post

Qorbaçovun “Yeni SSRİ” təklifinə Kremldən cavab

Qorbaçovun “Yeni SSRİ” təklifinə Kremldən cavab

Son xəbərlər

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

20 Oktyabr 2026 - 17:41
Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35
Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15
Ukraynada ərzaq məhsulları bahalaşacaq

Ukraynada ərzaq məhsulları bahalaşacaq

20 Oktyabr 2026 - 17:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.