Türkiyədə ağır yol qəzası olub
Türkiyənin Kayseri vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişinləri aparan avtobus dərəyə yuvarlanıb.
Hafta.az-ın "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 54 nəfər yaralanıb, onlardan 6-nın vəziyyəti olduqca ağır qiymətləndirilir.
Türkiyə vətəndaşları olan bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.