Türkiyə ordusu İraqda şəhid verdi

37

Türkiyə Silahlı Qüvvələrinin baş çavuşu Sinan İnak İraqda şəhid olub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“17 noyabrda “Pəncə-Kilit” əməliyyat bölgəsində terrorçular tərəfindən açılan atəş nəticəsində qəhrəman silahdaşımız çavuş Sinan İnak şəhid olub. Şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir diləyirik”, – məlumatda qeyd olunub.