Türkiyə hansı təşkilata qapılarını açdı – ABŞ-dan ŞOK açıqlama

🗓 12.01.2015 12:54 ✍️ "Elçi" qəzeti
Türkiyə hansı təşkilata qapılarını açdı – ABŞ-dan ŞOK açıqlama
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Türkiyənin qapılarının HAMAS lideri Xalid Məşələ və digər HAMAS liderlərinəimg1720904 açıq olduğunu deməsi ABŞ-ın etirazına səbəb olub.
Avropa.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki mətbuat konfransında Çavuşoğlunun ABŞ-ın terror təşkilatı olaraq gördüyü HAMAS-ın lideri Xalid Məşəllə bağlı sözlərinin rəsmi Vaşinqtonun narahatlığına səbəb olduğunu bildirib. Psaki həmçinin ABŞ hökumətinin bu narahatlığının Türkiyə rəsmilərinin nəzərinə çatdırıldığını söyləyib.
Psaki ABŞ-ın HAMAS-la bağlı fikirlərinin olduğu kimi qaldığını, HAMAS-ın bir terror təşkilatı olub terrorçuluq fəaliyyətlərini davam etdirdiyini bildirib.
Jurnalistlərdən birinin “Türkiyəyə səfərə gələn şəxs əl-Qaidə lideri Eymən Zəvahiri olsa yenə belə səssiz qalacaqsınız?” sualına Psaki “Qətiyyən səssiz qalmamışıq. Hər məsələyə ayrı-ayrılıqda nəzər yetiririk” cavabını verib.
Bir digər jurnalistin “Məşəlin Türkiyəyə səfəri Türkiyəni terrora dəstək verən ölkələr siyahısına sala bilərmi?” sualına isə Psaki belə cavab verib: “Mən belə bir nəticəyə gəlməzdim”.

Bənzər yazılar