Türkiyə bizə deyil, biz Türkiyəyə təhdidik – Arsenyan

27

Türkiyənin Ermənistanı müstəqillik əldə etdikdən sonra təhdid etdiyini sübut edən heç bir faktımız yoxdur.

Elchi.az “Rusiyada erməniləri”(Armyane v Rossii) Teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan deyib.

“Rusiya ordusunun Türkiyə ilə sərhəddə mövcudluğu isə Türkiyəyə qarşı yönəlmiş hərbi təhdiddir”, – deyə Arsenyan əlavə edib.