Türk seriallarına sıx maraq: 170-dən çox ölkədə 750 milyon insana çatdı

Mədəniyyət və Turizm Nazirinin müavini Batuhan Mumcu Türkiyədə istehsal olunan serialların Amerikadan Rusiyaya, Uzaq Şərqdən Latın Amerikasına qədər dünyanın 170-dən çox ölkəsində yayımlandığını və təxminən 750 milyon insana çatdığını bildirib. Elchi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Almaniyanın paytaxtı Berlində keçirilən 74-cü Beynəlxalq Berlin Film Festivalı (Berlinale) çərçivəsində əlaqələr quran mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu Türkiyənin də stendinin olduğu Avropa Film Bazarını (EFM) ziyarət edib. Mumku bildirib ki, Berlinale və Avropa Film Bazarı dünyanın ən mühüm kino tədbirləri sırasındadır. Nuranə Məmmədova