Türk hakerlər İsrailin 50 saytını dağıdıblar

🗓 25.07.2014 15:40 ✍️ "Elçi" qəzeti
ABŞ Müdafiə Nazirliyinin saytını dağıdaraq məşhurlaşan Türkiyənin "Ayyıldız" haker qrupu 50 İsrail saytınaimg1250838 hücum edib.
Avropa.info-nun məlumatına görə, onlardan ikisi televiziya kanalının saytıdır.
Hakerlərin hücum etdiyi saytlara girəndə Türkiyə bayrağı, İsrailin bombaları nəticəsində xarabalığa çevrilən Fələstinin şəkilləri və "Qəzza tək deyil" yazısı görünür.
Hücumları "Ayyıldız" qrupu Facebook sosial şəbəkəsində paylaşıb.
Açıqlama verən xaker qrupu "iTrail üçün azan vaxtıdır. İkisi TV saytı olmaqla 50 iTrail saytı dağıldı. Bu kiber hücumları bizi sevən, bizə dəstək olan dost və qardaşlara ərməğan edirik" deyib

Bənzər yazılar