"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Türk axını”na qarşı olan ABŞ rəsmisi yenidən Bakıda

16 Dekabr 2016 - 09:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

“Türk axını”na qarşı olan ABŞ rəsmisi yenidən Bakıda Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstaynın səfəri Qərbin Cənub Qaz Dəhlizi layihəsinə dəstəyini bir daha ifadə etmək məqsədi daşıyır

 
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ABŞ-Azərbaycan əlaqələrinin   yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(AzərTAc).  
 
Amos Hokstayn Barak Obama administrasiyasında enerji məsələləri üzrə  əsas fiqurlardan biri kimi tanınır. O, Azərbaycanda bir neçə dəfə səfərdə olub və 2014-cü il  sentyabrın  20-də Səngəçal terminalında “Cənub qaz dəhlizi”’nin təməlqoyma mərasimində iştirak və çıxış edib. Hokstayn Azərbaycan prezidentinin  bu layihənin reallaşmasında göstərdiyi mövqeyi həmişə təqdir edib. 
Maliyyə naziri Samir Şərifov, Dövlət Neft Fondu və “Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət bu ilin 6-7 oktyabr tarixində Vaşinqtonda bu layihənin maliyyələşməsinə həsr olunan konfransda Amos Hokstaynla görüşmüşdülər. Bu görüşlərdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı, enerji sahəsində iki ölkə arasındakı ənənəvi strateji əməkdaşlığın davam etdirilməsi, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin verdiyi dəstək müzakirə edilib.
Səfəri diqqətçəkən edən xüsusi bir nüans da var ki, onu qeyd etmək lazımdır.
Məlumdur ki, 2014-cü ilin sentyabrında Cənub Qaz Dəhlizi layihəsinin əsası qoyulduqdan 3 ay sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərində Rəcəb Tayyib Ərdoğanla birgə “Türk axını” layihəsini elan etdilər.
Qərbdə TAP-a alternativ proyekt kimi görünən “Türk axını”nın reallaşmaması üçün ABŞ dərhal hərəkətə keçdi ki, bu danışıqlarda da əsas fiqur məhz Hokstayn oldu. Məsələn, Hokstayn Avropa Birliyinin iradəsinin əksinə olaraq “Türk axını”na qoşulmağa qərarlı olan Yunanıstanla bir neçə ay gərgin danışıqlar apardı. Danışıqlardan sonra Hokstayn hətta açıq bildirmişdi ki, ABŞ Yunanıstanı “Türk axını” layihəsindən imtina etməyə çağırıb. Diplomat demişdi ki, “”Türk axını” iqtisadi əsası olan layihə deyil və açıq-aşkar siyasi mahiyyət kəsb edir”.
Image result for Türk Axını
Məlum təyyarə məsələsindən sonra Rusiya ilə Türkiyənin münasibətlərinin  pozulması  bu layihəni durdurdu. Amma münasibətlərin bərpasından dərhal sonra Rusiya və Türkiyə bu ilin oktyabr ayının 10-da “Türk axını” dövlətlərarası layihəsinin reallaşdırması üzrə müqavilə imzaladılar. 
Razılaşma Qara dənizin dibindən hərəsinin gücü 15,75 milyard kub metr qaz ötürməyə imkan verən magistral qaz kəmərinin iki qolunun tikintisini nəzərdə tutur. Kəmərin bir qolu qazın türk bazarına çatdırılması üçün, digər qol isə  Türkiyənin ərazisi vasitəsilə Avropa ölkələrinə tranzit qazın çatdırılması üçün nəzərdə tutulub. Dövlətlərarası razılaşmada həmçinin hər iki qolun 2019-cu ilin dekabrınadək tikilib başa çatdırılacağı müəyyən edilib.
Rəsmi Bakının bu proyektlə bağlı mövqeyinə gəlincə,  prezident İlham Əliyev ötən ay “sputnik” agentliyinə müsahibəsində  bu barədə açıq fikir bildirib. “Bakı Rusiya-Türkiyə layihəsi olan ”Türk axını” qaz kəmərinin bərpasından məmnundur. O, regionda əməkdaşlığı və təhlükəsizliyi möhkəmləndirəcək” deyən dövlət başçısı əlavə edib ki, “qonşularımız və dostlarımız tərəfindən həyata keçirilən layihələrə, o cümlədən, ”Türk axını” layihəsinə ancaq şad ola bilərik”. 
Çünki bu, regionda qarşılıqlı əməkdaşlığı və təhlükəsizliyi möhkəmləndirir, ölkələrə regionda daha çox öz iqtisadi və enerji maraqlarını təmin etməyə imkan verir. Buna görə ”Türk axını” layihəsini biz həmişə dəstəkləmişik və müəyyən müddətdən sonra bu layihənin yenidən dirçəlməsindən məmnunuq”. Böyük  ehtimalla Hokstaynın bu səfəri “Türk axını” ilə bağlı dövlətlərarası müqavilə imzalandıqdan sonra  Cənub Qaz Dəhlizi layihəsinə ABŞ-ın ciddi dəstək verdiyini bir daha nümayiş etdirmək məqsədi daşıyır.
Previous Post

“Türk axını”na qarşı olan ABŞ rəsmisi yenidən Bakıda

Next Post

İqtisadiyyat nazirinin qazın qiyməti ilə bağlı yalanı üzə çıxır

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

İqtisadiyyat nazirinin qazın qiyməti ilə bağlı yalanı üzə çıxır

İqtisadiyyat nazirinin qazın qiyməti ilə bağlı yalanı üzə çıxır

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.