"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İqtisadiyyat nazirinin qazın qiyməti ilə bağlı yalanı üzə çıxır

16 Dekabr 2016 - 09:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

İqtisadiyyat nazirinin qazın qiyməti ilə bağlı yalanı üzə çıxırŞahin Mustafayevin bahalaşmadan sonra “SOCAR ziyanla işləyir” cümləsi rəqəmlər və faktlarla ziddiyyət təşkil edir; ARDNŞ-i 12 qəpik qane edirmiş…

 
Tarif Şurasının 28 noyabr qərarı hələ də müzakirə olunur. İqtisadiyyat naziri, həm də Tarif Şurasının sədri Şahin Mustafayev ötən həftə jurnalistlərə açıqlamasında bildirib ki, SOCAR ziyanla işlədiyi üçün qazın qiymətini 100 faiz bahalaşdırdılar. Nazirin bu fikri birmənalı qarşılanmadı. Əsas sual da bu idi: SOCAR kimi bir qurum nə səbəbdən ziyanla işləsin? Əslində bu, Tarif Şurasının ictimai qınağı öz üzərindən atmasına bənzəyir. 
Bəs gerçəklik necədir? Həqiqətənmi SOCAR ziyanla işləyir? İstiqlal.az saytı məlumat yayıb ki, SOCAR son qiymət artımından narazı qalıb. “Tarif Şurasına SOCAR-ın müraciətində illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün 13 qəpik müəyyənləşdirilməsini təklif etmişdik. Ancaq bizə bəlli olmayan səbəblərdən Tarif Şurası diferensial tarifi 20 qəpik müəyyən etdi”. Milli Məclisdəki qaynaqlardan istiqlal.az-a daxil olan məlumata görə, bu barədə SOCAR prezidenti, deputat Rövnəq Abdullayev iclasdankənar söhbətdə bildirib. R.Abdullayev bildirib ki, 13 qəpik çox yaxşı göstərici idi: “Hətta bizi 12 qəpik də qane edirdi. Ancaq gözləmədiyimiz halda Tarif Şurası diferensial tarifi 20 qəpik müəyyən etdi”.
R.Abdullayevin bu açıqlaması bəzi məqamlara da aydınlıq gətirir. Bahalaşmadan sonra Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, SOCAR hər min kubmetr qazın satılması üçün 140 manat xərcləyir.
“Hazırda qazın orta satış qiyməti 90 manatdır. SOCAR faktiki olaraq zərərlə işləyir. SOCAR tərəfindən investisiyaların qoyulması, hətta qazın hasilatının sabit saxlanması mümkün olmurdu. SOCAR-a büdcə hesabına investisiyaların ayrılması gündəmə gəlirdi. Qazın hasil edilməsi, istehlakçılara çatdırılması üçün təmir işləri zəruri idi. Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasəti nəzərə alaraq sosial baxımdan həssas təbəqənin maraqlarını qorumaq üçün optimal qərar qəbul edilib. 1500 kubmetr güzəştli tariflə müəyyən edilmiş istehlakdır. Əhalinin 62 faizi 1500 kubmetrədək qaz istifadə edir. Böyük hissə bundan zərər çəkməyəcək, onlara qənaət üçün stimul verəcək”.
İqtisadiyyat nazirinin bu açıqlaması rəsmi rəqəmlərlə ziddiyyət təşkil edir. Çünki SOCAR-ın 2015-ci ilin yekun hesabatında göstərilirdi ki, əhaliyə satılan təbii qazın 1000 kubmetrinin maya dəyəri 41 manatdır. Yəni heç bir halda ziyandan söhbət gedə bilməz. Bahalaşma ilə bağlı təklifləri ümumiləşdirmək, arqumentləşdirmək və prezidentə məruzə etmək mandatı istisnasız Tarif Şurasının sədri Ş.Mustafayevə məxsusdur. Görünür, Ş.Mustafayev bu mandatından sui-istifadə edib.
Ekspert Vüqar Bayramov musavat.com-a bildirib ki, əgər SOCAR aşağı qiymət təklif edibsə, Tarif Şurası da yüksək artıma gedibsə, bu, doğru deyil: “Çünki SOCAR mavi qazı özü satır, gəlirini, xərcini özü hesablayır. SOCAR-ı aşağı qiymət qane edirdisə, o zaman qiymətin 20 qəpiyə qədər artırılmasını iqtisadi baxımdan izah etmək çətindir. Satan tərəf SOCAR-dır. Bütün hallarda, SOCAR hansı qiymətin mənfəət yarada biləcəyini müəyyənləşdirəcək yeganə qurumdur. Tarif Şurası sadəcə SOCAR-ın təqdim etdiyi rəqəmlər əsasında qiyməti müəyyənləşdirə bilər. Tarif Şurası praktik olaraq SOCAR-ın hər kubmetr mavi qaz üçün orta xərcini hesablamır, bunu SOCAR hesablayır. Tarif Şurası müraciətə baxır. SOCAR əgər artımı 12-14 qəpiklə əsaslandırıbsa, o zaman Tarif Şurası elə bu qədər artıma getməli idi”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, Tarif Şurasının izahı SOCAR-ın dediyindən fərqlidir: “Orada bir kvota qoyulub, il ərzində 1500 kuba yaxın qaz kvotası müəyyən olunub. Bundan əlavə olaraq işlədilən qazın kubu 20 qəpikdən olacaq. Qərardan belə görünürdü ki, guya məqsəd aztəminatlı təbəqəni qorumaq, daha çox sərfiyyat edən imkanlılardan daha çox vəsait almaqdır. Məsələni bu cür qoymuşdular. Əslində SOCAR-ın bu dediyi 12-14 qəpik də o qədər az qiymət deyil. Ümumi qiymət 14 qəpik olsaydı belə, əhali yenə də çox ödəməli olacaqdı. Qiymət artımı SOCAR-ın dediyi kimi də olsaydı, yəni hamı üçün, limitsiz 13 qəpik də olsaydı, əhali üçün elə ciddi fərq yaranmayacaqdı. Hər iki halda əhalinin ödəyəcəyi qaz pulunda ciddi artım olacaqdı. SOCAR sadəcə üzərinə gələn tənqid oxlarından yayınmaq üçün belə bir bəyanatla çıxış edib. Əslində SOCAR-ın belə bir bəyanat verməsindən sonra ola bilər Tarif Şurası qiyməti dəyişdirsin, ümumi tarifə keçsin, yanvar ayından artıq 14 qəpikdən ödəməli olaq. Bu, baş verə bilər. Amma baş versə də, əvvəlki qiymətlə bunun arasında ciddi fərq olmayacaq. Hətta çox istehlak edən ailələrdə daha artıq qaz pulunun ödənilməsinə səbəb ola bilər”.
Previous Post

İqtisadiyyat nazirinin qazın qiyməti ilə bağlı yalanı üzə çıxır

Next Post

“Rusiya ilə açıq danışmağın vaxtı çatıb”

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

“Rusiya ilə açıq danışmağın vaxtı çatıb”

“Rusiya ilə açıq danışmağın vaxtı çatıb”

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.