ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı malikanəsində məxfi sənədlər istintaqı çərçivəsində işi idarə edəcək vəkillərin dəyişdiyini açıqlayıb.
Elchi.az Trthaber.com-a istinadən bildirir ki, Tramp bu barədə sosial media saytı olan “TruthSocial” vasitəsilə verdiyi açıqlamada qeyd edib.
Tramp vəkillər Ceyms Trusti və Con Rolliyə işlərinə görə təşəkkür edib.
Bundan sonra özünü vəkil Todd Blanşın təmsil edəcəyini qeyd edən Tramp yaxın günlərdə bu işlə məşğul olacaq başqa bir hüquq firmasını da açıqlayacağını əlavə edib.
Yeganə