ABŞ prezidenti Donald Tramp təsdiqləyib ki, qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı qüvvəyə minəcək.
Elchi.az xəbər verir ki, Tramp çərşənbə günü “Truth Social”da yazıb:
“Tariflər gecə yarısı qüvvəyə minir. O, tariflərin Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir Birləşmiş Ştatlarla ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən milyardlarla dollar gətirəcəyini təxmin edib.
Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb. Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələrə tətbiq edilib.
Yeganə


















