ABŞ-ın keçmiş prezidenti Donald Trampın şirkətləri vergidən yayındığı üçün 1,6 milyon dollar cərimələnib.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Nyu York ştatının qanunlarına görə, verilə biləcək ən yüksək məbləğ olan 1,6 milyon dollar Trampın şirkətləri üçün əhəmiyyətli rəqəm hesab edilmir.
Lakin bu qərar çox əhəmiyyətlidir, çünki keçmiş prezident Trampın şirkətləri ilk dəfə mühakimə olunur.
Qeyd edək ki, keçmiş prezidentin şirkətləri keçən ay vergidən yayınma və biznes qeydlərinin saxtalaşdırılması da daxil olmaqla 17 cinayətdə mühakimə olunub.
Yeganə