Trampın Putinin xoşuna gəlməyəcək sözləri! "O, tamamilə dəli olub"

🗓 26.05.2025 09:31 ✍️ "Elçi" qəzeti
Trampın Putinin xoşuna gəlməyəcək sözləri! "O, tamamilə dəli olub"
ABŞ prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında Rusiya prezidenti Vladimir Putin haqqında təəccüblü ifadələr işlədib. Tramp Putini lazımsız yerə bu qədər insanı öldürməkdə ittiham edərək, "Ona nəsə olub. O, tamamilə dəli olub" deyib. Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya ordusunun dünən Ukraynaya hücumundan sonra "Truth" sosial media hesabında paylaşdığı paylaşımda Putinin hərəkətlərini tənqid edib. Putinlə uzun müddətdir ki, çox yaxşı münasibətləri olduğunu ifadə edən Tramp , " Ancaq ona bir şey oldu. O, tamamilə dəli olub. O, lazımsız yerə bir çox insanı öldürür ",- deyib. Tramp Rusiyanın Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə "gözdən-qorxudan" hücum etdiyini deyib və əlavə edib : " Mən həmişə demişəm ki, (Putin) Ukraynanın bir hissəsini deyil, bütün Ukraynanı istəyir. İndi bəlkə də bu gerçəkləşəcək, amma bunu etsə, bu, Rusiyanın dağılmasına səbəb olacaq". Tramp Ukrayna prezidenti Volodimir Zelenskini də tənqid edərək deyib : " Prezident Zelenski bu cür danışmaqla ölkəsinə heç bir xeyir vermir. Onun ağzından çıxan hər şey problem yaradır, mənim xoşuma gəlmir, o, bunu dayandırsa yaxşı olar". Ukrayna daxili işlər naziri İqor Klimenko dünən Rusiya ordusunun Ukraynaya raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlarda 12 nəfərin öldüyünü, 60-dan çox insanın isə yaralandığını açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski verdiyi yazılı açıqlamada Rusiya ordusunun ölkəsinə təxminən 70 raket və 300-ə yaxın PUA ilə hücum etdiyini açıqlayıb. Müttəfiq ölkələri Rusiyaya təzyiq göstərməyə çağırdığını təkrarlayan Zelenski deyib: “ Amerikanın susması və dünyada başqalarının susması yalnız Putini cəsarətləndirir”. Nuranə Məmmədova

Bənzər yazılar