ABŞ Prezidenti Donald Tramp, əgər Tehran Vaşinqtonla ağlabatan müddətdə saziş imzalamağa razı olmasa, Amerika silahlı qüvvələrindən tam həcmdə istifadə edəcək.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bəyan edib.
“Əgər İran ağlabatan müddətdə saziş bağlamaq istəməsə, o zaman o [Tramp], İranın saziş bağlayacağı bir vəziyyətə nail olmaq üçün özünün bütün inanılmaz Silahlı Qüvvələrini işə salacaq”, — deyə ABŞ-ın daimi nümayəndəsi “Fox Business” telekanalına müsahibəsində bildirib. Bununla belə, o, Vaşinqton və Tehran arasında sazişin bağlanması üçün hər hansı konkret zaman çərçivəsi qeyd etməyib.
Uitakerin iddiasına görə, Amerika liderinin İran məsələsində “əlində bütün kartlar var və o, bu kartlardan öz mülahizəsinə uyğun istifadə etməyə davam edəcək”.
Məryəm





















