ABŞ Prezidenti Donald Tramp sosial media hesabından etdiyi paylaşımla İranla danışıqlar apardıqlarını və bu ölkənin enerji infrastrukturuna qarşı bütün hərbi hücumları beş gün müddətinə təxirə salmaq barədə göstəriş verdiyini açıqlayıb.
Elchi.az xəbərinə görə, Tramp mesajında qeyd edib: “ABŞ və İran arasında son iki gün ərzində Yaxın Şərqdəki düşmənçiliklərimizin tam və qəti həllinə dair çox yaxşı və səmərəli görüşlər keçirdik”.
İrana hücumlar 5 gün təxirə salındı
Trampın mesajında yer alan əsas məqamlar:
“Bu dərindən, ətraflı və konstruktiv danışıqların tonuna və gedişatına əsaslanaraq, Müdafiə Nazirliyinə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı bütün hərbi hücumları, davam edən danışıqların uğurundan asılı olaraq, beş gün müddətinə təxirə salmağı tapşırdım.”
Məryəm





















