Sentyabrın sonunda Çində yerləşən sosial media platforması TikTok əməliyyatlarının ABŞ investorlarına satışına yol açan sərəncam imzaladıqdan sonra ABŞ prezidenti Donald Tramp platformanı “xilas etdiyini” və “gənc TikTok istifadəçilərinin” buna görə ona borclu olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Tramp 11 aydan sonra ilk yazısını Çində yerləşən ByteDance şirkətinə məxsus sosial media platforması olan TikTok-da yerləşdirib.
Yazıda Tramp, “Gənc TikTok istifadəçiləri, TikTok-u xilas etdim və bunun üçün mənə borclusunuz. Oval Ofisdə məni izləyirsiniz. Bir gün sizlərdən biri bu kresloda oturub böyük işlər görəcək” deyib.
TikTok-un ABŞ əməliyyatlarının Oracle-a ötürüləcəyi açıqlanıb.
ABŞ-da yerləşən proqram təminatı şirkəti Oracle-ın TikTok sosial media platformasının ABŞ əməliyyatlarının təhlükəsizliyində böyük rol oynayacağı açıqlanıb.
ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamla Çində yerləşən sosial media platforması TikTok-un ölkədəki əməliyyatları ABŞ investorlarına satılacaq.
İcra sərəncamında deyilirdi ki, “bundan sonra bütün ABŞ istifadəçi məlumatları Oracle tərəfindən idarə olunan təhlükəsiz, məxfi və xüsusi hazırlanmış bulud mühitində saxlanılacaq”.
Oracle-ın qurucusu Larri Ellisonun illərdir İsrailə açıq dəstəyi şirkətin TikTok üzərindəki səlahiyyətinin İsrail hökumətinin xeyrinə istifadə ediləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
Şayəstə Hüseynova





















