İndoneziyanın Şərqi Yava əyalətində internat məktəbi binasının uçması nəticəsində ölənlərin sayının 63-ə yüksəldiyi bildirilir.
Elchi.az xəbər verir ki, sentyabrın 29-da İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco şəhərində icazəsiz iki yeni mərtəbədə tikintisinə başlayan məktəb binasının uçması nəticəsində internat məktəbi binasının uçması nəticəsində dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi dağıntıdan sonra təxliyə edilən 167 nəfərdən 63-nün öldüyünü açıqlayıb. Açıqlamada həmçinin paylaşılıb ki, axtarış-xilasetmə qrupları dağıntılar altında 10 nəfərin qala biləcəyini təxmin edir.
Şayəstə Hüseynova





















