ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh prosesində irəliləyiş əldə edildiyini, lakin nəticəni proqnozlaşdırmaq üçün hələ tez olduğunu bildirdi. O, “Bu, mürəkkəb bir prosesdir və o qədər də sürətlə irəliləmir” dedi.
Elchi.az xəbər verir ki, Prezident Tramp Şükranlıq bayramı üçün Vaşinqtondan Floridaya uçarkən mətbuata müraciət etdi.
O, Rusiya-Ukrayna sülh prosesinin irəliləyişini yaxından izlədiyini və Cenevrədə ukraynalılarla görüşlərin çox müsbət olduğunu bildirdi. O, razılığa gəlməyin hələ də vaxt tələb etdiyini vurğuladı.
“Bu müharibənin bitməsini istəyirəm, amma nəticəni bir müddət bilməyəcəyik”, Tramp həm ümidverici, həm də ehtiyatlı səslə dedi.
Şayəstə





















