İyun ayında 80 yaşı tamam olan ABŞ prezidenti Donald Tramp özünü yaşından 50 yaş cavan hiss etdiyini deyib.
Elchi.az xəbər verir ki, Tramp bu barədə “NBC News”-a müsahibəsində deyib:
“Özümü həm fiziki, həm də əqli cəhətdən əla hiss edirəm. 50 il əvvəl hiss etdiyim kimi hiss edirəm. Bu, dəlilikdir”.
Xatırladaq ki, Tramp yanvarın 2-də tibbi müayinədən keçdiyiani bildirib və Ağ Ev həkimləri onun sağlamlığının mükəmməl olduğu qənaətinə gəliblər.
Yeganə



















