Amerikanın keçmiş lideri Donald Tramp məhkəmə zalına girməzdən əvvəl ona qarşı keçirilən məhkəmə prosesini ABŞ-a hücum adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Bu, Amerikaya qarşı hücumdur. Daha əvvəl belə bir şey olmamışdı. Hər bir hüquqşünas deyir ki, bu iş cəfəngiyatdır və heç vaxt qaldırılmamalı idi”, – deyə Respublikaçılar Partiyasından prezidentliyə namizəd bildirib.
Qeyd edək ki, Tramp bundan əvvəl fırıldaqçılıq işi üzrə 175 milyon dollar girov qoyub. O, istiqrazı “Knight Specialty Insurance Company” vasitəsilə təmin edib.
Havar Şəfiyeva