Avropa İttifaqının xarici işlər nazirlərinin qarşıdan gələn iclasında nazirlər İsrailə qarşı hücuma cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirəcəklər.
Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə icmanın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.
“Xarici işlər nazirlərinin görüşündə gələcək addımlar məsələsi müzakirə olunacaq ki, bu da Avropa İttifaqı və üzv ölkələrin İranın eskalasiyasına reaksiyası olacaq”, – deyə Stano bildirib.
O əlavə edib ki, İran nümayəndələri artıq Aİ sanksiyaları altındadır və Avropa Komissiya məxfiliyinə görə sanksiyaların işlənməsi prosesini şərh etməyəcək.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrailə hücumla bağlı İrana qarşı sanksiyaların tətbiqinə dair qanun layihələri də müzakirə olunacaq.
Havar Şəfiyeva