ABŞ prezidenti Donald Tramp su təchizatı müqaviləsini pozduğuna görə Meksikaya 5% rüsum tətbiq edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth Social”da məlumat verib.
“Hazırda Meksika ABŞ-ın sorğularına cavab vermir və bu, çox ehtiyacı olan suya layiq olan amerikalı fermerlərə qarşı çox ədalətsizlikdir. Ona görə də bu su dərhal verilməsə, Meksikaya 5 faizlik tarifə icazə verən sənədlər hazırlamışam”, – Tramp yazıb.
1944-cü ildə ölkələr arasında Meksikanın Rio Qrande çayı hövzəsindən ABŞ-a hər beş ildən bir təqribən 2,2 milyard kubmetr su, ABŞ-ın isə Kolorado çayından əks istiqamətə 1,8 milyard kubmetr su göndərməyi öhdəsinə götürdüyü bir müqavilə imzalandı.
Yeganə





















