ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejimini uzatmaq niyyətində olmadığını bildirib.
Elchi.az xəbər verir ki, Tramp bunu “CNBC”yə müsahibəsində deyib.
Vaşinqton və Tehran arasında məhsuldar ikitərəfli danışıqlar aparılacağı təqdirdə atəşkəs müddətini uzatmağa hazır olub-olmaması ilə bağlı suala Tramp canlı efirdə belə cavab verib: «Xeyr, mən bunu etmək istəmirəm».
Amerika lideri həmçinin qeyd edib ki, İranla yekun saziş əldə olunmayana qədər Hörmüz boğazı açılmayacaq.
Məryəm





















