ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından hər gün orta hesabla 30 tankerin keçdiyini bildirib və boğazın “çox yaxşı vəziyyətdə” olduğunu əlavə edib.
Elchi.az xəbər verir ki, Prezident Tramp Ağ Evdə dərman qiymətləri ilə bağlı açıqlama verdikdən sonra jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.
Tramp İrana hücumların yenidən başlamasının məhdud bir planın bir hissəsi olub-olmadığı, yoxsa tammiqyaslı müharibəyə çevrilmə olduğu barədə açıq açıqlamalar verməkdən yayınıb.
İranın “uğursuz bir ölkə” olduğunu iddia edən ABŞ prezidenti deyib: “Lakin bu, onlara dərs verməyəcəyimiz anlamına gəlmir. Nə olacağını görəcəyik”.
Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin köməyi ilə Hörmüz boğazından hər gün təxminən 30 tankerin keçdiyini izah edərək deyib: “Hörmüz boğazı son dərəcə yaxşı vəziyyətdədir. Hər gecə orta hesabla 30 gəmi keçir. Çoxlu neft gəlir. Buna görə də görürsünüz ki, neft qiymətləri gözlənildiyi kimi artmır”.
ABŞ-ın əvvəlcə Venesuelada, daha sonra isə İranda “çox yaxşı” iş gördüyünü iddia edən Tramp, “İranın heç vaxt nüvə silahı olmayacaq. Əgər İranın nüvə silahı olsaydı, hazırda İsrail kimi bir ölkə olmazdı” şərhini verdi. Tramp, İranın kimyəvi silahlardan istifadə etmə ehtimalının olmadığını vurğulayaraq, onların artıq Tehranın hərbi potensialını böyük ölçüdə məhv etdiyini iddia etdi.
Şayəstə



















