ABŞ prezidenti Donald Tramp gələn həftə Yaxın Şərqdə “böyük hadisələrin” baş verəcəyinə söz verib.
Elchi.az xəbər verir ki, bu barədə dövlət başçısı “New York Post”a müsahibəsində danışıb.
“Bu, İsrail və bütün Yaxın Şərq üçün əla vaxtdır və mən yəqin ki, bazar günü axşam ora gedəcəyəm”, – ABŞ lideri Tramp nəşrə telefonla müsahibəsində deyib.
NYP qeyd edir ki, söhbət İsrail və Fələstinin Həmas qruplaşması arasında hərbi əməliyyatların dayandırılmasından bir neçə saat sonra baş verib . Tramp həmçinin əmin edib ki, gələn həftə Yaxın Şərq üçün “böyük hadisələr” olacaq.
Oktyabrın 9-da Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Trampın vasitəçiliyi ilə imzalanan sazişin birinci mərhələsinə əsasən , hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.
Sülh planının birinci mərhələsinə görə, HƏMAS girovları 72 saat ərzində İsrailə təhvil verməyi öhdəsinə götürür . Bunun müqabilində İsrail 24 saat ərzində anklavdan qismən çıxmağa başlayacaq və 2000 fələstinli məhbusu azad edəcək.





















