“Facebook” və “İnstagram”ın təşkilatı olan “Meta” 2021-ci ildə Konqresin basqınından sonra hesabları bağlanan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesablarını yenidən aktivləşdirəcək.
Elchi.az xəbər verir ki, “Meta”nın qlobal məsələlər üzrə rəhbəri Nik Kleq Trampın hesablarının gələn həftə yenidən açılacağını deyib.
Kleq həmçinin 2024-cü ildə prezident seçkilərində iştirak edəcəyini açıqlayan Trampın hər platformada qayda pozuntusuna görə hesabının 2 ilə qədər dayandırılacağını bildirib.
Sabiq prezidentin sözügedən platformalara qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
Xatırladaq ki, “Facebook” 6 yanvar 2021-ci ildə Konqresin basqınından bir gün sonra Trampın hesabını bağlamışdı.
Yeganə