ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin ikinci müddətə mümkün təkrar seçilməsinin ağır nəticələri olacağını bildirib. Elchi.az xəbər verir ki, onun sözlərinə TASS sitat gətirir.
Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Baydenin prezidentliyini uğursuz adlandırıb və qeyd edib ki, onun yenidən namizəd olmasını təsəvvür etmək mümkün deyil. Keçmiş dövlət başçısı rəqibinin yenidən seçilməsinin nəticələrini açıqlayıb və ABŞ-ı məhv edəcəyini bildirib.
Havar Şəfiyeva