ABŞ-ın keçmiş prezidenti və hazırkı prezidentliyə namizəd Donald Tramp bildirib ki, ABŞ-ı axmaq adamlar idarə edir.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Yanvarın 23-də Respublikaçılar Partiyasının prezidentliyə namizədlərinin ilk praymerizinin keçiriləcəyi Nyu-Hempşirdə çıxışı zamanı Tramp deyib: “Bizi axmaqlar idarə edir”.
Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydeni ABŞ tarixinin ən korrupsiyalaşmış prezidenti adlandırıb:
“Düzünü desəm, o, indiyə qədər ən korrupsiyalaşmış prezidentdir. Onunla üçüncü dünya müharibəsinə qatıla bilərik”, – deyə respublikaçı əlavə edib.
Keçmiş prezident həmçinin bildirib ki, o, vəzifədə qalan müddət ərzində Bayden və komandasının Amerika dövlətinə böyük zərər verə biləcəyindən narahatdır.
Yeganə