ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək NATO Zirvə görüşlərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Şara ilə də görüşəcəyi bildirilib.
Elchi.az xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli, ABŞ-ın NATO-dakı səfiri Mett Uitaker ilə birlikdə telekonfrans vasitəsilə keçirilən mətbuat konfransında Ankara səfəri ilə bağlı bəzi yeni məlumatları paylaşıblar.
Görüşdə həmçinin ABŞ Prezidenti Trampın Ankarada keçiriləcək NATO Zirvə görüşlərindən sonra keçirəcəyi ikitərəfli görüşlər barədə də ətraflı məlumat verilib. Bu kontekstdə ABŞ Prezidentinin çərşənbə günü Ankarada keçiriləcək NATO Zirvə proqramından sonra Ukrayna Prezidenti Zelenski və Suriya Prezidenti Şara ilə görüşəcəyi bildirilib.
NATO səfiri Uitaker görüşdəki açıqlamasında Alyansın müdafiə xərcləri və yük bölgüsü məsələlərinə diqqət çəkərək, sammitin “Alyansın gələcəyi üçün vacib bir mərhələ” olduğunu bildirib.
Ağ Evin mətbuat katibinin müavini Kelli həmçinin NATO Liderləri Zirvəsi çərçivəsində Prezident Trampın Ankaradakı cədvəli ilə bağlı bəzi detalları da paylaşıb.
Şayəstə





















