ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə məhkəməyə verilməklə hədələnir.
Elchi.az “Bloomberg”-ə istinadən xəbər verir ki, Konqresin Kapitoliyə hücumunu araşdıran komitəsi onun bir daha prezident vəzifəsini tutmasına qadağa qoyulmasını tövsiyə edib.
İddia cümə günü Florida federal məhkəməsində Texasdan olan vəkil Con Entoni Kastro tərəfindən qaldırılıb. Kastro, keçmiş prezident kimi, respublikaçılar tərəfindən 2024-cü il seçkilərinə çatmağa çalışır. O, hakimdən Trampın konstitusiyaya zidd olaraq bu vəzifəni tutmaq səlahiyyətinə malik olmadığunu elan etməyi və istənilən kampaniya və pul yığımını dayandırmağı xahiş edib.
Kastronun fəaliyyətidi üsyanda iştirak edən hər kəsin dövlət vəzifəsini tutmasını qadağan edən ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü maddəsinə əsasən Trampın namizədliyini əngəlləmək üçün cəhdidir.
Yeganə