TQDK-dan son xəbərdarlıq

🗓 19.07.2014 20:42 ✍️ "Elçi" qəzeti

"İmtahana buraxılış vərəqi"ni çap etməyi unutmayın"img1606921

TQDK sabah-iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirəcəkdir.
ANS PRESS-in məlumatına görə, TQDK "Facebook" səhifəsi vasitəsi ilə abituriyentlərə müraciət edib:
"İmtahana buraxılış vərəqi"ni çap etməyi unutmayın. İmtahana gələrkən "İmtahana buraxılış vərəqi" və şəxsiyyət vəsiqənizin əslini mütləq özünüzlə gətirməlisiniz.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatan kimi dərhal səhifəmizdə test tapşırıqlarının düzgün cavabları sizə təqdim olunacaq.
Hər birinizə uğurlu nəticələr arzu edirik!"

Bənzər yazılar