İngiltərənin “Tottenhem” komandasının sabiq futbolçusu Anton Uolks faciəvi hadisə nəticəsində ölüb.
Klubdan verilən məlumata görə, 26 yaşlı müdafiəçi qayıq qəzasında dünyasını dəyişib.
Son olaraq ABŞ-da “Şarlott” komandasının formasını geyinən ingiltərəli oyunçu Mayami yaxınlığında qəzaya uğrayıb.
Qeyd edək ki, Anton Uolks 2016 – 2018-ci illərdə “Tottenhem”in şərəfini qoruyub.