“Tottenhem” klubunun futbolçusu üçün mövsüm başa çatıb

🗓 01.05.2024 15:24 ✍️ "Elçi" qəzeti
“Tottenhem” klubunun futbolçusu üçün mövsüm başa çatıb

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Timo Verner üçün mövsüm başa çatıb. Elchi.az xəbər verir ki, Premyer Liqanın XXXV turunda, “Arsenal”la matçda zədələnərək meydanı tərk edən almaniyalı hücumçu mövsümün sonuna qədər heç bir matçda iştirak etməyəcək. Qeyd edək ki, 28 yaşlı futbolçu müqavilə əsasında Almaniyanın “Leyptsiq” klubuna məxsusdur. T.Verner icarə əsasında hotspurluların şərəfini qoruyur.

Bənzər yazılar