Tokayevdən türk dövlətlərinə çağırış

52

Mövcud geosiyasi və geoiqtisadi ziddiyyətlər Avrasiya qitəsinin iqtisadiyyatına və nəqliyyat-logistika sisteminə mənfi təsir göstərir. Bütün çağırışlara və təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün həmrəylik nümayiş etdirməliyik.
xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev TDT-nin Səmərqənddəki sammitində çıxışında deyib.
“Dövlətimiz Şimal və Cənubu, Şərq və Qərbi birləşdirir. Ona görə də indiki keçid dövründə nəqliyyat-tranzit kommunikasiyalarının potensialının artırılması, onların imkanlarından maksimum istifadə olunması çox vacibdir. Bunun bariz nümunəsi üç qardaş dövlətin – Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutudur. Ona görə də biz nəqliyyat və logistika sənayesinin inkişafını prioritet hesab edirik. Son 15 ildə Qazaxıstan onun inkişafına 35 milyard dollar vəsait ayırıb. Ölkəmiz nəqliyyat marşrutlarının sayının artırılmasında, logistikanın inkişafında maraqlıdır”, – Tokayev bildirib.