Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) iştirak etməyəcək.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Bildirilir ki, SPİEF-də Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək. Sankt-Peterburqda keçirilən tədbirlərdə dövlət başçısının iştirak etməməsinin səbəbləri barədə məlumat verilmir.
Xatırladaq ki, Tokayev 2022-ci ildə SPİEF-in plenar iclasında iştirak edib və bu iclasda bir sıra yüksək səviyyəli bəyanatlar verib.
Yeganə