Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyada keçirilən prezident seçkilərinin nəticələrinə şübhəsi yoxdur.
Elchi.az xəbər verir ki, O, bunu Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.
“Biz hamımız martın 17-də Rusiyada keçiriləcək prezident seçkilərini gözləyirik . Təbii ki, yekun nəticəyə şübhə yoxdur, çünki Rusiya sizin hakimiyyətiniz və rəhbərliyiniz altında nəzərəçarpacaq, təsirli uğurlar əldə edir”, – Tokayev deyib. .
O qeyd edib ki, Putin verdiyi açıqlamalarla qlobal gündəmi formalaşdırır. Tokayev Qazaxıstanla əməkdaşlığa da təsir edən Rusiya iqtisadiyyatının uğurlarına da diqqət çəkib.
Nuranə Məmmədova